25 Fevral 2021 12:19
383
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün gündüz saatlarından başlayaraq, ölkə ərazisində havanın sabitləşəcəyi və əsasən, yağmursuz keçəcəyi gözlənilir.

Bunu Teleqraf.com-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

G.Məmmədova qeyd edib ki, bu gün Bakıda və Abşeron yarımadasında temperaturun gecə saatlarında 0 dərəcəyə yaxınlaşacağı gözlənilir, mülayim külək əsəcək.

G.Məmmədova əlabə edib ki, fevralın 25-də gündüz saatlarından başlayaraq fevralın 26-da Bakıda və bölgələrdə hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Fevralın 26-27-də havanın temperaturu ötən günlərlə müqayisədə tədricən yüksələcək.


Müəllif: Teleqraf.com