26 Fevral 2021 00:36
329
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Gəncədə şəhər gənclərinin və Xocalı rayon sakinlərinin iştirakı ilə anım tədbiri keçirilib.

Teleqraf.com Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, tədbirdə iştirak edən Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin nümayəndələri, şəhər gəncləri, Xocalı rayonunun Yaloba və Kosalar kəndlərinin sakinləri əvvəlcə soyqırımı abidəsini ziyarət edib, faciə qurbanlarının xatirəsini dərin ehtiramla anıblar.

Tədbirdə bildirilib ki, Xocalı soyqırımı insanlığa qarşı qanlı cinayətlərdən biri kimi bəşər tarixinə qanla yazılıb. Təkcə bir gecədə 613 günahsız insan, o cümlədən 106 qadın, 63 uşaq və 70 ahıl şəxs qətlə yetirilib, 1275 nəfər girov götürülüb, 150 nəfərin taleyi indiyədək məlum deyil.

Dünya bu vəhşiliyə göz yummamalı, bu qətliamı soyqırımı kimi tanımalıdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər