27 Fevral 2021 11:06
749
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da COVID-19-un mutasiya keçirmiş yeni iki növü aşkarlanıb.

Teleqraf.com xəbər verir ki, ABŞ-ın Nyu York və Kaliforniya ştatlarında koronavirusun mutasiya keçirmiş yeni növləri ortaya çıxıb. Mütəxəssislər virusun yeni növlərinin pandemiya ilə mübarizəni çətinləşdirəcəyini düşünürlər.

Aparılan tədqiqatlara görə, virusun yeni növü immunitet sistemi və bədəndəki antikorlara qalib gələrək, daha tez yoluxur.

"B.1.526" adı verilen mutasiya növü Nyu Yorkun müxtəlif məhəllələri və şimalında yayılıb. Son həftələrdə bu virusa yoluxanların sayı kəskin artıb.

Kaliforniya ştatında yayılan mutasiya növü isə yoluxucu olması ilə yanaşı, xəstəliyi daha ağır keçirməyə səbəb olur. Aparılan tədqiqatlara görə, bu virusa L452R adı verilib. Bu virus yanvar ayında götürülən analizlərdə aşkarlanıb.


Müəllif: Aysel Azad