27 Fevral 2021 14:09
504
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan uzun illərdir ki, müxtəlif etnik qrupların vətənidir. Belə qruplardan biri də yüz illər əvvəl Persiyadan (İrandan – red.) Qafqaz dağlarına köç edən yəhudi xalqının nəslindən olan dağ yəhudiləridir.

Teleqraf.com xəbər verir ki, bu fikirlər "Avronyus" nəşrində dərc olunan "Azərbaycanda dağ yəhudilərinin çoxəsrlik mədəniyyətini kəşf edir" məqaləsində yer alıb.

Məqalədə bildirilir:

"Krasnaya Sloboda (Qırmızı qəsəbə) Böyük Qafqazın şərq yamaclarında yerləşən Quba şəhərində bir yəhudi məskənidir. Özünəməxsus memarlıq üslubu ilə Azərbaycanın digər əyalətlərindəki yaşayış məntəqələrindən fərqlənir. Orada yaşayan insanlar çoxəsrlik ənənələrini qoruyub saxlayır.

Dağ Yəhudiləri Muzeyi keçən il bir növ bu cəmiyyətə, ənənələrinə və mədəniyyətinə işıq tutaraq gələcək nəsillər üçün açıldı. İqor Şaulov muzeyin direktorudur. Onun sözlərinə görə, Dağ Yəhudilərinin Tarixi Muzeyi dünyada yeganədir:

"Buraya sənədlər, ev əşyaları və əsərlər daxildir. Bu muzey dağ yəhudilərinin keçmişinə və bu gününə, tarixinə və mədəniyyətinə həsr edilib. Yəhudi və Azərbaycan xalqı arasında yüksək səviyyədə qarşılıqlı münasibətləri və qarşılıqlı hörməti əks etdirir", – deyə o bildirib.

Krasnaya Slobodanın, İsrail və ABŞ-dan sonra, dünyada yalnız yəhudilərin yaşadığı üçüncü yaşayış məntəqəsi olduğuna inanılır. Buranın əhalisinin sayı 300 nəfərdir və onların hamısı yəhudidir.

Cəmiyyətdə iki aktiv sinaqoq və yeşiva (məktəb) var, burada uşaqlar Tövratı, ibrani dilini və dağ yəhudilərinin adətlərini öyrənirlər.

Naum Niftəliyev muzeydə bələdçidir. "Şeşkombara"nın 1888-ci ildə tikildiyini, lakin Sovet dövründə xalça fabriki kimi istifadə edildiyini deyir:

"Çünki Sovet dönəmində dinlər qadağan olunmuşdu. SSRİ-nin dağılmasından sonra bura yeniləndi və indi yenə də bir sinaqoq olaraq fəaliyyət göstərir".

Azərbaycanda əsas din islam olsa da, yəhudilik və digər inancların mövcudluğu üçün də şərait var.

Yerli islam dini alimi olan Həmdulla Dənyarov bizə "uzun əsrlər boyu yəhudilər və müsəlmanlar Qubada birlikdə yaşadıyıb və yaşamaqdadır. Bütün dünyada belə bir qonşuluq nümunəsi əsas götürülərsə, çox yaxşı olardı" dedi".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər