28 Fevral 2021 19:49
440
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnformasiya sistemində aparılacaq yenidənqurma işləri nəticəsində smart kart ödənişlərində 10 günlük problem yaranacağı haqqında sosial şəbəkələrdə yayılmış və abonentlər arasında çaşqınlıq yaradan məlumatlar doğru deyil və həqiqəti əks etdirmir.

Teleqraf.com xəbər verir ki, bu barədə "Azərişıq" ASC-nin yaydığı məlumatda qeyd edilib.

ASC istehlakçıları belə məlumatlara inanmamağa çağırır: “Bütün abonentlərimiz, o cümlədən smart kart istifadəçiləri də, hər zaman ödəniş etdikləri qaydada istədikləri vaxtda və yerdə rahatlıqla ödənişlərini apara bilərlər”.


Müəllif: Teleqraf.com