5 May 2014 12:55
1 116
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 5-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Kitabxanasının yeni binasının açılışı olub. Prezident İlham Əliyev açılışda iştirak edib. Dövlət başçısı kitabxananın rəmzi açılışını bildirən lenti kəsdi. Prezident İlham Əliyevə kitabxananın ilk oxucu kartı təqdim edildi.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə dövlətimizin başçısına kitabxananın yeni binasında yaradılmış şərait barədə məlumat verib.

Bildirilib ki, kitabxananın qapalı, açıq və xüsusi şəraitli fondlarında 5 milyona yaxın kitab saxlanılacaq. Buradakı 14 oxu zalında 1000-dən artıq oxucu eyni vaxtda elektron və çap məhsullarından istifadə edəcək.

Diqqətə çatdırılıb ki, yeni binada Mərkəzi Kitabxana ilə yanaşı, İnformasiya Resursları Mərkəzi də fəaliyyət göstərəcək. Hər iki qurumun başlıca məqsədi yüksək səviyyəli elmi araşdırmaların aparılması üçün müasir informasiya bazasını təmin etməkdən ibarətdir.

Qeyd edilib ki, AMEA-nın Mərkəzi Kitabxanası, həmçinin alimlərə dünya kitabxanalarının zəngin imkanlarından faydalanmaq imkanı yaradacaq.

Kitabxananın yeni binası ilə tanış olan Azərbaycan Prezidenti müvafiq tapşırıq və tövsiyələrini verib.

Səxavət


Müəllif: