Aparılacaq təmir işləri ilə əlaqədar olaraq, martın 2-də Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Sulutəpə və Xocahəsən dairələri arasında yerləşən hissəsində hərəkət qismən məhdudlaşdırılacaq.
Bu barədə Teleqraf.com-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.
Sürücülərdən təmir işləri saatlarında ərazidə sıxlıq yaranmasın deyə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.