Qarabağdakı 44 günlük müharibə zamanı Şuşa Xalça Muzeyindən oğurlanan xalçalarımız İrəvanın Aleksandr Tamanyan adına Milli Muzey-Memarlıq İnstitutunda sərgilənir.
Teleqraf.com xəbər ki, sərgidə tarixi XVII əsrə gedən 70-dən çox Azərbaycan xalçası nümayiş olunur.
Xalçaları oğurlayaraq İrəvana aparan Vardan Astsatryan sərgidə 71 eksponatın təqdim olunduğunu söyləyib.
Astsatryan müharibə zamanı 160-dan çox xalçanın Şuşada qurduğu “muzey”dən çıxardığını bildirib: “Xalçaların 90 faizdən çoxunu çıxardıq. Şuşada iki binamız var idi - muzey və fond. Muzeyin bütün kolleksiyası - 160 ən qiymətli xalçaları çıxardıq, fonddakılar qaldı”.
O, oktyabrın 20-də Azərbaycan ordusunun Şuşaya yaxınlaşmağa başlamasından sonra xalçaları dərhal Ermənistana aparmaq qərarı verdiyini deyib. Lakin hadisələrin sürətli gedişatından dolayı Azərbaycanın tarixi irsinə aid eksponatların hamısını oğurlamaq üçün imkanının olmadığını da sözlərinə əlavə edib.
Astsatryan İrəvanda sərgilədiyi xalçaları 2000-ci illərdən fəal şəkildə toplamağa başladığını söyləyib.
Astsatryanın oğurluq kolleksiyasında XVII, XVIII və XIX əsrə aid nümunələr var.
Əlbəttə, Vardan Astsatryan da erməni xəstəliyindən qaça bilməyib və oğurluq kolleksiyasına daxil etdiyi eksponatları gələnlərə “erməni irsi” kimi təqdim edir.