3 Mart 2021 11:06
1 796
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, bu gecə xalq artisti Fəxrəddin Manafovun həyat yoldaşı Vahidə Sadıqova xərçəng xəstəliyindən dünyasını dəyişib.

Teleqraf.com xəbər verir ki, xalq artistinin həyat yoldaşının cənazəsi Təzəpir məscidinə gətirilib.

Vahidə Sadıqova günorta saatlarında Xırdalan qəbiristanlığında dəfn ediləcək.

Fəxrəddin Manafov Teleqraf.com-a açıqlamsında həyat yoldaşı haqqında bu sözləri qeyd edib: "Allah rəhmət eləsin. Hamımıza ağırdır. Çəkiliş olmasını istəmirik".

Foto: Pərviz Həşimi


Müəllif: Rəqsanə Həsənova