Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional Mərkəzində nazirliyin Baş əməliyyat idarəsinin əməkdaşlarının iştirakı ilə “Fövqəladə halların proqnozlaşdırılması və fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində FHN–in regionda fəaliyyət göstərən qurumları ilə yerli icra və özünüidarəetmə orqanları, eləcə də xidmət sahələri arasında qarşılıqlı fəaliyyət, qarşıda duran vəzifələr və problemlər” mövzusunda regional seminar-müşavirə keçirilib.
Teleqraf.com xəbər verir ki, tədbirdə fövqəladə halların qarşısının alınması , nəticələrin aradan qaldırılması , qəza xilasetmə və digər təxirəsalınmaz işlərin həyata keçirilməsi zamanı yerli icra və özünüidarəetmə orqanları, görülən işlər, problemlər və onların həlli yolları müzakirə edilib.
Seminar-müşavirədə FHN–in Gəncə Regional Mərkəzi ilə Qərb regionunda fəaliyyət göstərən idarə və müəssisələr arasında razılaşdırılmış qarşılıqlı fəaliyyət planlarının geniş təhlili aparılıb.
Təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı davranış qaydaları, fərdi mühafizə, yanğınsöndürmə avadanlıqlarından istifadə etmə, eləcə də yanğın, texniki təhlükəsizlik qaydalarının tələblərinə düzgün riayət olunmasına nəzarətin gücləndirilməsinin vacibliyi bir daha iştirakçıların nəzərinə çatdırılıb.
İLHAMƏ