5 Mart 2021 18:10
440
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclasının tarixi məlum olub.

Teleqraf.com-un məlumatına görə, iclasın martın 6-da keçiriləcəyi nəzərdə tutulub.

Qeyd edək ki, yeni müraciətlərə baxmaq üçün komissiyanın 6 iclası keçirilib və daxil olan müraciətlərin 650-dən çoxuna baxılıb.

İclaslarda əsasən yol nəqliyyat hadisəsi törətmiş şəxslərin, əcnəbilərin və hərbi qulluqçuların müraciətlərinə baxılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər