Psixoloqlar 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə bütün qadınlara uyğun olan universal hədiyyənin nədən ibarət olduğunu təyin ediblər.
Teleqraf.com RİA Novosti-yə istinadla bildirir ki, mütəxəssislərin fikrincə, bütün qadınlar onlara göstərilən diqqəti bəyənirlər.
“Əgər universal məsləhətdən danışırıqsa, bütün qadınlar məhz diqqət gözləyirlər. Ancaq bunun necə təzahür edəcəyi hər bir konkret kişidən asılıdır”, – deyə psixoloq Anna Podolskaya bildirib.
Ekspert qadını yalnız ildə bir dəfə deyil, daim xoşbəxt etmək lazım olduğunu vurğulayıb: “Əgər kişi bir il qadına laqeyd yanaşırsa, bunu bir günlə kompensasiya etmək mümkün olmayacaq”.
Klinik psixoloq Qalina Leontyeva isə əlavə edib ki, münasibətlərin əsas motivi diqqət, qayğı və istiqanlılıq olmalıdır. Məhz buna görə bayram münasibətilə ilə bağlı təbrikləri formallaşdırmaq olmaz.
Bundan əvvəl 8 martda ruslar üçün sifariş edilən ən populyar hədiyyələr seçilmişdi. Bunlar qızartma qabları və fenlər idi.