27 Oktyabr 2014 14:54
898
12 Punto 14 Punto 16 Punto 18 Punto

2014-cü il Mədəni Marşrutlar üzrə İllik Məşvərət Forumu Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi proqramının bir hissəsi kimi Bakıda keçiriləcəkdir.

Teleqraf.com xəbər verir ki, Avropa Şurasının Avropa Mədəni Marşrutlar İnstitutu (Lüksemburq) və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziriliyi ilə birgə təşkil olunan forumun açılışını Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev və Avropa Şurasının Demokratiya üzrə Baş Direktoru Snejana Samardziç-Markoviç edəcək.

Forumun iştirakçılarına Avropa Şurasının 29 mədəni marşrutlarını təmsil edən şəxslər, təsdiqlənmə üçün yeni namizədlər, Mədəni Marşrutlar üzrə Genişləndirilmiş Hissəvi Sazişin 23 üzv dövlətinin mədəniyyət və irs (BMÜTT, İƏİT, ICOMOS...) sahəsində çalışan, həmçinin digər təşkilatların nümayəndələri, alimlər, mütəxəssislər və mədəni turizm sahəsindəki peşəkarlar daxildir.

Forum müddətində 2 gün ərzində seminarlarda aşağıdakı mövzular müzakirə ediləcək.

- Turizm sosial birlik və dialoqun aparıcı qüvvəsi kimi
- Mədəni marşrutlar mədəniyyətlərarası dialoqun istiqamətləri kimi - keçmiş, indi və gələcək
- Sosial birlik iqtisadiyyatı - davamlı iqtisadi inkişaf naminə mədəni marşrutlar
- Avropa Şurasının mədəni marşrutları boyunca "müharibə və sülh"
- Mədəni marşrutlar Avropa yaddaşının və yaşadılan tarixin qoruyucuları kimi

Forumun mətbuat konfransı, JW Marriott Abşeron otelində 30 oktyabr tarixində saat 9.30-da keçiriləcək.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər