Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri, general-leytenant Əhməd Əhmədovun həbs xəbəri rəsmi təsdiqlənib.
Baş Prokurorluğun mətbuat xidmətindən Teleqraf.com-a bildirilib ki, sabiq nazirin həbs edilməsi ilə bağlı yayılan məlumatlar doğrudur.
Xatırladaq ki, Ə.Əhmədovun mənimsəmədə təqsirləndirilərək saxlanılması və onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məlumatlar yayılıb.
Ə.Əhmədov 2017-ci ildə tutduğu vəzifədən azad edilmişdi.