Daxili İşlər Nazirliyi (DİN) Abşeronda baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb.
DİN-in Mətbuat xidmətindən Teleqraf.com-a bildirilib ki, martın 9-da saat 17 radələrində Abşeron rayonunun Novxanı qəsəbəsi ərazisində Bakı şəhər sakinləri - T.Vəliyevanın idarə etdiyi “Peugeot” və R.Kərimovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə hər iki sürücü, eləcə də T.Vəliyevanın sərnişinləri - 10 yaşlı qızı Selin Maria və 7 yaşlı oğlu Rafael Nadim xəstəxanaya yerləşdirilib, oğlu orada ölüb.
Abşeron Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Xatırladaq ki, hadisə zamanı ölən və xəsarət alan sərnişinlər Fransa vətəndaşlarıdır.