5 May 2014 13:32
751

Fond Ağdam Çörək Muzeyinin bərpasını təklif edir

Söz Azadlığını Müdafiə Fondu (SAMF) Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevə müraciət ünvanlayıb.

SAMF-dan Teleqraf.com-a verilən məlumata görə, müraciətdə 18 may Beynəlxalq Muzeylər Günü ərəfəsində 1983-cü ildən fəaliyyət göstərmiş, dünyada ikinci, keçmiş SSRİ məkanında birinci olan Ağdam Çörək Muzeyinin bərpasına kömək edilməsi təklif olunur.

Müraciətdə qeyd edilir ki, 1983-cü ildən fəaliyyət gostərən Ağdam Çörək Muzeyi ilə bağlı fondun əməkdaşı Vüqar Tofiqlinin müəllifliyi ilə əlahiddə olaraq geniş məzmunlu tədqiqat işləri aparılıb.


Müraciətin sonunda isə Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevə bir daha xüsusi müraciətlə qeyd edilir: “Vaxtilə məhz Ağdamda fəaliyyət göstərmiş, dünyada ikinci Çörək Muzeyinin indi rayonun işğal altında olmayan ərzasində bərpasının böyük əhəmiyyəti vardır. Keçmiş SSRİ məkanında bu statusda birinci olan muzeyin bərpası gənclərdə çörəyə və halallığa olan münasibətin kökündən dəyişməsinə səbəb ola bilər. Bu ruhda böyüyən gəncin sabah vətən sevgisi də yetərincə olacaqdır. Əldə etdiyimiz eksponatları isə fəaliyyəti bərpa olunacaq, muzeyə təmənnasız təqdim etməyə hazırıq”.

BƏXTİYAR


Müəllif: