"Teatrların açılması ilə bağlı müzakirələr davam etdirilir".
Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mədəniyyət naziri Anar Kərimov deyib.
O bildirib ki, pandemiya ilə bağlı dinamika hər zaman nəzərdən keçirilir:
"Bu məsələ ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahla müzakirələr davam etdirilir. Təbii ki burada Mədəniyyət Nazirliyinin rəyi də nəzərə alınır. Dinamika aşağı düşdüyü zaman teatrları açacağıq. Ümid edirik ki, teatrlarımız mövsümün sonuna kimi açılacaq. Təbii ki teatrlar açılsa, hazırda dünya praktikasında istifadə olunan məhdudiyyətlərdən və sosial məsafə qaydalarından biz də yararlancağıq".