13 Mart 2021 11:19
1 558
12 Punto 14 Punto 16 Punto 18 Punto

10 ölkənin "AstraZeneca" vaksininin tətbiqini dayandırması böyük səs-küyə səbəb olub.

Teleqraf.com xəbər verir ki, ÜST-ün Baş direktoru Tedros Qebreyesus keçirdiyi mətbuat konfransında pandemiya ilə heç bir ölkənin təkbaşına mübarizə apara bilməyəcəyini vurğulayıb və vaksinlərin paylanılma müddəti çox vaxt alarsa, virusdan ölüm hallarının davam edəcəyini deyib.

Onun sözlərinə görə, "AstraZaneca" vaksininin əks təsirlərinin olduğuna dair elmi sübut yoxdur:

“Vaksin haqqında hesabatlara nəzər yetirmişəm. ÜST olaraq prosesləri yaxından izləyirik. Bu günə qədər dünyada 144 ölkədə 335 milyon doza vaksin vurulub. Vaksinləri düzgün paylamamaq pandemiya ilə mübarizə müddətimizi çətinləşdirməklə yanaşı, uzadacaq. Virus mövcud olduqca mutasiya keçirərək vaksinlərin təsirini azalda bilər”.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər