15 Mart 2021 01:36
957
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial şəbəkələrdə Dənizkənarı Milli Park, Qız Qalası yaxınlığında bir qadının küçədə, keçiddə gecələməli olduğu, çətin həyat şəraiti ilə üzləşdiyi qeyd olunurdu. Məlumatı əldə etdiyimiz andan etibarən Sosial Xidmətlər Agentliyinin nümayəndələri qadının qaldığı əraziyə yollandılar. Təəssüf ki, ilkin cəhddə onu paylaşımlarda qeyd edilən yerdə tapmaq mümkün olmadı.

Teleqraf.com xəbər verir ki, bu barədə Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov bildirib.

Qurum rəsmisi deyib:

"Ardından Daxili İşlər Nazirliyi əməkdaşlarının səyi nəticəsində qadın tapıldı. Sosial Xidmətlər Agentliyi əməkdaşlarının da iştirakı ilə aidiyyatı səhiyyə qurumuna müraciət edilməklə lazımi müalicə müəssisəsinə göndərildi. Müalicədən sonra qadının vəziyyəti dəyərləndirilərək özünün razılığı olarsa Agentliyin aidiyyatı müəssisəsinə yerləşməsi təmin olunacaq".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər