15 Mart 2021 12:15
908
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərbi Kaspi Universitetində tələbələrin elmi-tədqiqat aparma bacarıqlarının artırılması məqsədilə onlayn master klas təşkil edilib.

Təbiət Elmləri Kafedrasının müəllimi biologiya üzrə fəlsəfə doktoru Ayaz Məmmədovun apardığı master-klassda ilk öncə tələbələrə nümunədən DNT-nin ayrılması üçün lizis buferinin hazırlanması izah olunub. Sonra isə banan nümunəsinin həmin buferdə düzgün homogenizə olunması və DNT ekstraksiyası həyata keçirilib.

Beləliklə, tələbələr ev şəraitində olsa da nümunədən DNT-nin ayrılmasını əyani şəkildə həyata keçirməklə, genetik metodlarla işlənmənin prinsiplərini mənimsəyiblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər