15 Mart 2021 17:43
337
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Təhsilin keyfiyyətinə müxtəlif amillər təsir edir və bu amillərin prioritetləşdirilməsi Təhsil Nazirliyi üçün olduqca vacibdir”.

Teleqraf.com xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev özünün Feysbukdakı səhifəsində yazıb.

Nazir qeyd edib ki, bu məqsədlə geniş təhsil ictimaiyyətinin (müəllimlər, valideynlər, təhsil işçiləri) fikrini öyrənmək faydalıdır:

“Keyfiyyətli təhsil üçün sorğu yaradılıb. Sorğudakı bəndlərin hər biri təhsil prosesinin keyfiyyətli təşkili baxımından mühüm əhəmiyyətə malikdir. Seçdiyiniz bəndi rəy bölməsinə qeyd etməklə, yaxud keçidə daxil olmaqla sorğuda iştirak edə bilərsiniz”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər