Qax rayonunda daha bir məktəb koronavirus səbəbindən distant təhsilə keçib.
Teleqraf.com xəbər verir ki, bu barədə Qax rayon Təhsil Şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Babək Heydərov məlumat verib.
Onun sözlərinə görə, Qax şəhəri Etibar Babayev adına 4 saylı tam orta məktəbin müəllimində COVID-19 aşkarlanıb. Bu səbəbdən martın 15-dən məktəbdə 14 gün müddətinə distant təhsilə keçirilib.
Qeyd edək ki, Qax şəhəri Namiq Allahverdiyev adına 2 saylı məktəb-liseyin fəaliyyəti də müvəqqəti dayandırılıb.