15 Mart 2021 19:45
530
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 376 yeni yoluxma faktı qeydə alınıb, 101 nəfər sağalaraq evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Teleqraf.com-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 240 671 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 231 061 nəfər müalicə olunaraq sağalıb, 3 286 nəfər vəfat edib, aktiv xəstə sayı 6 324-dır.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 891, bu günə qədər isə ümumilikdə 2 716 017 test icra olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər