Qərbi Kaspi Universitetində Vətən Müharibəsinin iştirakçısı olmuş bir qrup tələbə ilə görüş keçirilib. Universitetin Qəyyumlar Şurasının sədri, professor Hüseyn Bağırov ölkəmizin bütövlüyü uğrunda göstərdikləri rəşadətə görə tələbələrə universitet kollektivinin təşəkkürünü çatdırıb, şəhidlərimizə Allahdan rəhmət diləyib. H.Bağırov qeyd edib ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu tarixi qələbə qazandı və bu zəfər həm də tarixi ədaləti bərpa etdi.
Teleqraf.com-un məlumatına görə, daha sonra tələbələr çıxış edərək öz döyüş təəssüratlarını bölüşüblər.
Qeyd edək ki, Qərbi Kaspi Universiteti Vətən Müharibəsinin iştirakçısı olan tələbələrini təhsil haqqından azad edib.