5 May 2014 13:47
1 402
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Vergilər Nazirliyində gəncləşdirmə prosesi son əsas prioritet sahələrdən biridir”. Teleqrfa.com bildiri ki, bu barədə vergilər nazirliyinin insan resursları idarəsinin rəisi Faiq Şahbazov deyib. Bu gün keçirilən brifinqdə açıqlama verən idarə rəisi qeyd edib ki, artıq yaşı 40-a çatmamış əməkdaşların sayı ümumi işçilərin sayının yarısından çoxdur:

“2014-cü il yanvarın 1-dən bu günədək Vergilər Nazirliyi sistemindən 21 nəfər əməkdaş işdən azad olunub. Bunlardan 14 nəfəri öz ərizəsi ilə, iki nəfər isə işdə yol verdiyi nöqsanlar səbəbi ilə xidmətdən azad edilib. Yerdə qalanlar isə vəfat etmə və əmək müqaviləsinin bitməsi kimi məsələlərlə əlaqədar vəzifəsindən azad edilib. Vergilər Nazirliyi sistemində 2 mindən çox əməkdaş çalışır. Nazirlik gəncləşmə prosesi ən əsas prioritet sahələrdən biridir. Biz bu sahədə durmadan çalışırıq. Artıq yaşı 40 çatmamış əməkdaşların sayı ümumi işçilərin sayının yarısından çoxdur”.


Müəllif: