17 Mart 2021 15:52
649
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yan təsirləri olmayan peyvənd yoxdur. Bütün əks-təsirlər qeydə alınır və tədqiqat aparılır.

Teleqraf.com xəbər verir ki, bu sözləri baş infeksionist Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, vaksinlərin istehsalı zamanı tədqiqat davam edir: "Bu gün istifadə etdiyimiz Sinovak peyvəndinin yan təsirləri məlumdur. Əvvəllər rast gəlinən reaksiyalar bu peyvənddə də qeydə alınıb. Hələ ki heç bir xüsusi hal müşahidə edilməyib".

Təyyar Eyvazov bildirib ki, vaksinlər hazırlanan zaman 100 vaksindən yalnız 5-i kliniki mərhələyə buraxılır: "Bu zaman vaksinlərin təhlükəsiz olması və effektliyi vacib rol oynayır. Təcili və təxirəsalınmaz hallarda vaksinlərə lisenziyanın verilməsi müddəti qısaldılıb".

Təyyar Eyvazovun sözlərinə görə, ölüm hadisəsinin vaksinlə əlaqəli olub-olmaması ilə bağlı sübut lazımdır, belə bir sübut isə yoxdur: "COVID-19 vaksinindən istifadədən sonra ölüm halının qeydə alınması ilə bağlı fakt aşkarlanmayıb.

Virusdan qorunmaq üçün ikinci doza vaksinin vurdurulması mütləqdir. Bəzi şəxslər birinci dozadan xeyli müddət sonra ikinci dozanı vurdurur. Bu, doğru deyil. Əks halda prosesə yenidən başlamaq lazımdır"

Bəzi insanlar etiraz edirlər ki, vaksinlər niyə təcili istifadəyə verilir. Bu vaksinlərə icazə verilməzdən əvvəl tədqiqatlarda onların nəticələri yoxlanır. Vaksinin hər hansı mənfi nəticəsi inkar olunmur.

Bu gün xəstəliyə yoluxma və ölüm statistikası məlumdur. Vaksinin effektivliyi sübut olunana qədər, xeyli sayda insan xəstəliyin qurbanı olacaq".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər