17 Mart 2021 20:56
1 568
12 Punto 14 Punto 16 Punto 18 Punto

Işğaldan azad olunmuş ərazilərə martın 17-də təşkil edilən media-tur səfər çərçivəsində jurnalistlər Xocavənd rayonunun Hadrut qəsəbəsində olublar.

Teleqraf.com-un məlumatına görə, onlar Hadrut qəsəbəsində yerləşən, sovet dövründə rayon partiya komitəsinin yerləşdiyi bina ilə tanış olub, habelə qəsəbənin bir sıra yerlərinə baş çəkiblər.

Qeyd edək ki, 1992-ci il oktyabrın 2-də işğal edilən Hadrut qəsəbəsi Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində 9 oktyabr 2020-ci ildə azad edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər