18 Mart 2021 16:11
478
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidentinin bu gün imzaladığı əfv sərəncamı ilə İslam Partiyasının sədr müavini Rufulla Axundzadə əfv olunub.

Teleqraf.com xəbər verir ki, o, cəzasının qalan hissəsini çəkməkdən azad olunub.

Qeyd edək ki, 1955-ci ildə Astara rayonunda anadan olmuş Axundzadə Rufulla Höccət oğlu Bakı Ağır Cinayətlər Məhkəməsinin 2011-ci il 7 oktyabr tarixli hökmü ilə məhkum edilmişdi. O, əvvəllər bu pratiyanın Astara rayon təşkilatının sədri olub. Mətbuatda vaxtaşırı olaraq R.Axundzadənin ürək ağrılarından əziyyət çəkdiyinə dair məlumatlar yayılırdı.


Müəllif: Səxavət

Oxşar xəbərlər