28 Oktyabr 2014 10:55
787
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edib.

Teleqraf.com xəbər verir ki, "Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin fəaliyyətinin təmin edilməsi və "Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 avqust tarixli 111 nömrəli Fərmanının ləğv edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 19 iyun tarixli 185 nömrəli Fərmanının 5.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş "İnzibati orqanların Təsnifatı"nın II bölməsinin 12-ci hissəsində, 12.1-ci və 12.2-ci bəndlərində "Rabitə və İnformasiya Texnologiyaları" sözləri "Rabitə və Yüksək Texnologiyalar" sözləri ilə əvəz edilsin.

2.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət orqanlarının aparatının və onun bölmələrinin adları"nda "Rabitə və İnformasiya Texnologiyaları" sözləri "Rabitə və Yüksək Texnologiyalar" sözləri ilə əvəz edilsin.

3. "Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nəzdində Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzinin Əsasnaməsi"nin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 15 may tarixli 79 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin:

"Rabitə və İnformasiya Texnologiyaları" sözləri "Rabitə və Yüksək Texnologiyalar" sözləri ilə əvəz edilsin;

"Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nəzdində Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzinin Əsasnaməsi"nin adında və 1.1-ci bəndində "Rabitə və İnformasiya Texnologiyaları" sözləri "Rabitə və Yüksək Texnologiyalar" sözləri ilə, 1.2-ci bəndində "RİTN-in Əsasnaməsini" sözləri "RYTN haqqında Əsasnaməni" sözləri ilə, mətn üzrə "RİTN" abreviaturası "RYTN" abreviaturası ilə, 5.2-ci bəndində "rabitə və informasiya texnologiyaları" sözləri "rabitə və yüksək texnologiyalar" sözləri ilə əvəz edilsin.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər