Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən işğaldan azad olunmuş, lakin minalardan tam təmizlənməmiş ərazilərə keçməyə cəhd göstərən şəxslər müəyyən edilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, Ağdam RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində işğaldan azad olunmuş Ağdam rayonun ərazisinə nəzarət postlarından kənar yollarla daxil olmağa cəhd göstərən 2 nəfər saxlanılaraq polis şöbəsinə gətiriliblər.
Araşdırmalarla onların Ağcabədi rayon sakinləri Elvin Şükürov və Dayandur Quliyev olduqları müəyyən edilib. Adıçəkilən şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb.