19 Mart 2021 16:06
392
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir ildən çoxdur COVID-19 pandemiyası ilə yaşamaqdayıq. Bir çox ölkələrdə pandemiyanın müxtəlif dalğaları müşahidə olunmaqdadır. Dünya ölkələri pandemiya ilə mübarizə aparmaq üçün karantin qaydaları tətbiq edirlər.

Teleqraf.com xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Adminstrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, ölkəmizdə yumşalma tədbirlərindən sonra təmasların artması nəticəsində yoluxmaların sayında artım müşahidə olunub:

"Bu gün 879 nəfərdə COVID-19-a yoluxma faktı qeydə alınıb. Say artıqca, ölənlərin sayında artım müşahidə olunur. Bu da narahatedicidir".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər