19 Mart 2021 16:21
557
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yoluxmaların sayı artmaqdadır, müəyyən narahatlıqlar var. Britaniya ştammının ölkəmizdə aşkar olunması bu narahatlığı artırır.

Teleqraf.com xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Adminstrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, ölkəmizdə pandemiya dövrü ərzində səhiyyə imkanları gücləndirilib: "13 modul tipli xəstəxana açılaraq, dərman və tibbi ləvazimatlarla təmin edilib. Paralel olaraq vaksinasiya aparılmaqdadır. Xəstəxanalarımızda 10 min çarpayı yerindən 6000-i dolu olduğunu nəzərə alaraq, hazırda ciddi məhdudiyyətlərin tətbiq olunmasına ehtiyac yoxdur. Lakin yoluxma sayı artmağa davam edərsə, qaydalar sərtləşdirilə bilər".

Şahmar Mövsümov bildirib ki, 500 000-dən çox vətəndaş bu günədək peyvənd olunub: "Növbəti həftədən başlayaraq 40-yaşdan yuxarı şəxslərin peyvənd olunmasına başlanılacaq. Hamını prosesdə fəal olmağa çağırıram. Vaksinasiyanın yoluxmaların daha çox olduğu şəhərlərdə aparılmasına önəm veriləcəkdir".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər