Rayonlara gediş-gəliş üçün heç bir məhdudiyyət qoyulmayacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Operativ Qərargahın brifinqində Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Mövsüm Şahmarov bildirib.
Onun sözlərinə görə, Bakıya giriş-çıxışla bağlı da hər hansı qadağa olmayacaq.