Bu il üçün yaz fəslinin Azərbaycana gəlişi martın 20-i Bakı vaxtı ilə saat 13:37-də təsadüf edib. Bununla da ölkə ərazisində yaz fəsli başlayıb.
Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov Trend-ə bildirib ki, bu zaman gecə ilə gündüz bərabərləşir, Günəş ekliptika üzrə hərəkət edərək cənub yarım kürəsindən şimal yarım kürəsinə keçir və həmin andan şimal yarım kürəsində astronomik yaz fəsli başlayır.