28 Oktyabr 2014 12:20
918
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 28-dən 30-dək Bakıda ilk dəfə 156 ölkədən 700-dən artıq iştirakçının qatılacağı Gənclər Siyasəti üzrə I Qlobal Forum keçiriləcək.

Teleqraf.com.xəbər ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) “Azərmarka” şirkəti bu mühüm tədbirə həsr olunmuş poçt markasını çap etdirib. Nəfis dizaynda hazırlanmış markanın nominal dəyəri 60 qəpik təşkil edir.

Qeyd edək ki, forumda gənclər siyasəti üzrə yeni istiqamətlərin işlənilməsi, 2015-ci il üçün yeni addımların atılması, gənclər siyasəti üzrə müxtəlif ölkələrlə təcrübə mübadiləsinin aparılması və bu istiqamətdə əhəmiyyət kəsb edən bir çox mövzuların müzakirə olunması nəzərdə tutulur.

Gənclər Siyasəti üzrə I Qlobal Forum Azərbaycan Gənclər və İdman Nazirliyi, BMT-nin İnkişaf Proqramı, BMT baş katibinin Gənclər üzrə elçisinin ofisi, “UNESCO” və Avropa Şurası tərəfindən keçirilir.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər