21 Mart 2021 21:14
451
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 513 mindən çox artıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 513 797 nəfər yeni koronavirusa yoluxub, 9 984 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 122 524 424, ölənlərin isə 2 703 620 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.


Müəllif: Teleqraf.com