Yerli vaxtla saat 09:46-da İran ərazisində zəlzələ qeydə alınıb.
Zəlzələlərin tədqiqatı bürosundan Teleqraf.com-a verilən məlumata görə, zəlzələ Naxçıvan Muxtar Respublikasının sərhədə yaxın ərazilərində 3 bala qədər hiss olunub.
Maqnitudası 4,5 olan təkanlar 7 km dərinlikdə qeydə alınıb.