Yanvarda Azərbaycanda 10 min 812 körpə doğulub. Əhalinin hər 1000 nəfərinə həmin göstərici 12,7 təşkil edib.
Dövlət Statistika Komitəsindən Teleqraf-a bildiriblər ki, doğulanların 53,4 faizi oğlan, 46,6 faizi isə qız uşaqlarıdır.
Körpələrdən 238-i əkiz, 6-sı isə üçəm doğulanlardır.
Bununla yanaşı, yanvarda ölkədə 7972 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 9,4 təşkil edib.