25 Mart 2021 16:43
445
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin İğdır vilayəti ərazisində Azərbaycanın Vətən müharibəsi şəhidlərinin xatirəsinə salınan meşə-parkda ağacəkmə aksiyası keçirilib.

Teleqraf.com xəbər verir ki, aksiyada Azərbaycan və Türkiyədən rəsmi şəxslər, yerli ictimaiyyətin nümayəndələri, QHT rəhbərləri, iğdırlılar iştirak ediblər.

İğdır şəhər meşəliyi ərazisinin qarşı tərəfində Vətən müharibəsi şəhidlərinin adına salınan meşə-park bölgənin ən səfalı və cəlbedici yerlərindən sayılır.


Müəllif: Teleqraf.com