31 Mart 2021 16:44
465
12 Punto 14 Punto 16 Punto 18 Punto

DOST mərkəzlərində Vətən müharibəsi qaziləri və şəhid ailələri üçün müxtəlif xidmətlər göstəriləcək.

Teleqraf.com xəbər verir ki, bu barədə DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov bildirib.

O qeyd edib ki, 4 saylı DOST mərkəzində “Vahid əlaqələndirmə mərkəzi” proqramının ilk təqdimatı olacaq:

“Burada şəhid ailələri və qazilərə sosial təminat, məşğulluq və əmək münasibətləri istiqamətində xidmətlər göstəriləcək. Bunun üçün xüsusi pəncərələr təşkil olunub və həmin pəncərələr vasitəsi ilə xidmətlər həyata keçiriləcək”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər