2 Aprel 2021 10:18
687
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 1-də saat 14 radələrində Şabran şəhəri, M.Əsədov küçəsində 2010-cu il təvəllüdlü Məmmədov Fəqan Ruslan oğlunun üzərinə hasar aşması nəticəsində xəsarətlər alması və aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Şabran Rayon Prokurorluğundan Teleqraf.com-a verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, Fəqan Məmmədov, əmisi oğlu 2011-ci il təvəllüdlü Məmmədov Pənah Zaur oğlu və qonşusu 2007-ci il təvəllüdlü Məmmədov İlkin Mahir oğlu ilə evlərinin yaxınlığında oynadıqları zaman güclü küləyin təsirindən qonşuluqda yerləşən evin daş hasarının üzərlərinə aşması nəticəsində Fəqan Məmmədov aldığı xəsarətlərdən ölüb, digərləri isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı Şabran Rayon Prokurorluğunda araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər