5 Aprel 2021 00:26
461
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycana koronavirusa qarşı Rusiya istehsalı “Sputnik V” vaksini partiyasının göndərilməsi üzərində iş aparılır.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Rusiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 29-cu ildönümü ilə bağlı sosial şəbəkə hesablarındakı paylaşımında bildirilib.

Qeyd olunub ki, ötən il iki ölkə koronavirusla mübarizədə sıx əməkdaşlıq edib: “2020-ci ildə Rusiya və Azərbaycan mehriban qonşuluq, qarşılıqlı yardım və bərabərhüquqlu prinsiplərə əsaslanaraq COVİD-19-la mübarizədə sıx əməkdaşlıq edib. Ölkələrimizin səhiyyə nazirləri, digər profil strukturlarının rəhbərləri daim təmasdadırlar. Azərbaycan tərəfinin təklifi ilə birgə vaksin istehsalının təşkilinə Rusiyanın əczaçılıq kompaniyası olan “R-Farm” cəlb olunub. Rusiya Birbaşa İnvestisiyalar Fondunun xətti ilə Azərbaycana “Sputnik V” vaksini partiyasının göndərilməsi üzərində iş aparılır”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər