5 Aprel 2021 10:38
421
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən həftə bağçaların fəaliyyətinin dayandırılması ilə bağlı yayılan xəbərlərin ardınca Təhsil naziri Emin Əmrullayev qərarı təkzib etdi. Nazir bildirdi ki, bağçalar əvvəlki qaydada fəaliyyətini davam etdirəcək.

Lakin valideynlərə bağçalardan işləmədikləri bildirir. Bəs rəsmi qərar nədir?

Nazirlər Kabineti yanında Operativ Qərargandan Teleqraf.com-a verilən məlumata görə, məsələ ilə bağlı araşdırma aparılır. Yaxın zamanlarda qərar açıqlanacaq.

Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov da analoji açıqlama verib. O, sosial mediada qeyd edib ki, bağçalarla bağlı qısa müddət ərzində təfərrüat tam aydın olacaq.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər