Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Aztelekom” MMC-nin baş direktoru Suat Paşayev koronavirusa yoluxub.
Bu barədə Teleqraf.com-a nazirlikdəki mənbə məlumat verib.
Məlumatda deyilir ki, ötən həftə verdiyi PCR testinin nəticəsi "müsbət" çıxmış S.Paşayev hazırda xəstəxanalardan birində müalicə alır.
Xatırladaq ki, S.Paşayev 2016-cı ilin dekabrından sözügedən dövlət şirkətinə rəhbərlik edir.