Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) həyətində Xarı bülbül çiçəyi bitib.
Teleqraf.com xəbər verir ki, bu barədə universitetin rektoru Gülçöhrə Məmmədova sosial şəbəkədə paylaşım edib:
"AzMİU-nun həyətində Qarabağın, Şuşanın, böyük Zəfərimizin rəmzi Xarı bülbül bitib. Şuşanın dağlarında rast gəlinən bu nadir bitkinin universitetin həyətində bitməsi çox gözəl təsadüfdür. Dünyanın heç bir yerində rast gəlinməyən Xarı bülbül təbiətin ən böyük möcüzələrindəndir".