9 Aprel 2021 15:27
498
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda mart ayı ərzində nikaha daxil olmaq istəyən 8 624 nəfər müayinədən keçib.

Teleqraf.com-un məlumatına görə, onların 262-də talassemiya daşıyıcılığı, 84-də sifilis, 15 şəxsdə isə HİV (QİÇS) aşkarlanıb.

Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı isə 4 olub.

Qeyd edək ki, 2015-ci ildən indiyədək nikaha daxil olmaq istəyən 729 521 nəfərin qan müayinəsi aparılıb. 25 335 cütlükdən birində talassemiya daşıyıcılığı, 297 cütlüyün hər ikisində daşıyıcılıq aşkarlanıb. Bu müddət ərzində 2 886 nəfərdə sifilis, 755nəfərdə HİV(QİÇS) qeydə alınıb".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər