Bakıda 2008-ci il təvəllüdlü Mövludov Əli Camal oğlu itkin düşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Report”a onun atası Camal Mövludov məlumat verib.
O, bildirib ki, hadisə dünən axşam saat 17:30 radələrində olub. Ə.Mövludov “Qara Qarayev” metrostansiyasının yaxınlığında anası ilə birlikdə gəzmək üçün yaşadığı binanın həyətinə düşüb. Lakin naməlum istiqamətə gedib. Yeniyetmə bu günə kimi evə qayıtmayıb. Ə.Mövludovun valideynləri hadisə ilə bağlı Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinə məlumat veriblər.
Qeyd edək ki, yeniyetmə psixi xəstəlikdən əziyyət çəkir.
Ə.Mövludovu görənlərdən və ya onun barəsində məlumatı olanlardan Nizami Rayon Polis İdarəsinə və ya 055 213 53 38 nömrəli telefona məlumat vermələri xahiş olunur.