Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu 33 011 borcalana 1 mlrd 748,012 mln manat məbləğində ipoteka krediti verib.
Teleqraf.com xəbər verir ki, bu barədə Fondun açıqlamasında bildirilir.
Bundan başqa, qurum bəyan edib ki, indiyə qədər 231,27 mln manat məbləğində biznes kreditlərinə zəmanət verib, 703 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.
Xatırladaq ki, Fond 2017-ci ilin sonunda “Azərbaycan İpoteka Fondu” ASC və “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” ASC-nin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisidir. Fond milli maliyyə təsisatlarına uzunmüddətli subsidiyalaşdırılmış ipoteka kreditlərinin verilməsi və ucuz maliyyə resurslarına çıxışın təmin edilməsi ilə bağlı likvidlik dəstəyini verən dövlət agenti kimi fəaliyyət göstərir.