11 Aprel 2021 20:55
518
12 Punto 14 Punto 16 Punto 18 Punto

İki gün əvvəl, paytaxtın Nərimanov rayonu ərazisində əks istiqamətdə avtomobili park edərək qaydaları pozan sürücünün videogörüntüsünü yayılıb.

Teleqraf.com xəbər verir ki, videonu təlimçi Arzu Babazadə çəkib. Xanım sürücü bildirib ki, qayda pozan şəxsə irad bildirdikdə o, özünü prokurorluq orqanlarının əməkdaşı kimi təqdim edib. Daha sonra isə iradla razılaşaraq avtomobilə əyləşib.

Görüntülər Bakı şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən dərhal nəzarətə götürülüb. Sürücü Nurlan Həsənov İdarəyə dəvət edilib. O, özü də Avtosfer.az-a bildirib ki, əməlindən peşimandır və xanım sürücünün iradını qəbul edib. Sürücü qeyd edib ki, həmin vaxt Rusiya Federasiyanın baş prokuroru Azərbaycanda səfərdə olub və abidənin ziyarəti üçün gül gətirilməsini xahiş ediblər. Bu zaman tələsdiyi üçün qayda pozub. Yol polisi sürücü barəsində 100 manat və 4 bal cərimə tətbiq edib.


Müəllif: Teleqraf.com