“CityNet” internet provayderi “Hesab.az” portalına qoşulub. Artıq “CityNet” abunəçiləri “Hesab.az” saytı vasitəsi ilə abunə haqlarını ödəyə biləcəklər.
Teleqraf.com xəbər verir ki, “GoldenPay” ödəmə texnologiyaları ilə çalışan portala ümumilikdə 300-dən çox Azərbaycan şirkəti qoşulub.
Portal vasitəsi ilə istifadəçilər kommunal ödənişləri, internet provayderlərinin əksəriyyətinin, mobil operatorların, kabel televiziyaların ödənişlərini həyata keçirə bilərlər.
Hazırda 137 minə yaxın istifadəçisi olan portalda lizinq və bank kreditlərinin ödənişi, kredit və lizinq üçün müraciət və sığorta polislərinin onlayn rejimdə əldə edilməsi xidmətləri də göstərilir.
İLHAMƏ